Hərbi İdarəetmə İnstitutunda xarici dil kurslarının buraxılış mərasimi keçirilib - FOTO

Hərbi İdarəetmə İnstitutunda xarici dil kurslarının buraxılış mərasimi keçirilib - FOTO

Hazırda oxunan: Hərbi İdarəetmə İnstitutunda xarici dil kurslarının buraxılış mərasimi keçirilib - FOTO
177485
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda intensiv xarici dil kurslarının başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitunun rektoru, polkovnik Bəbir Quliyev kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Məzunlar adından çıxış edənlər kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də əməyi olan professor və müəllim heyətinə dinləyicilər adından dərin minnətdarlıqlarını bildiriblər.

Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.

Hərbi İdarəetmə İnstitutunda xarici dil kurslarının buraxılış mərasimi keçirilib - FOTO - foto 1
Hərbi İdarəetmə İnstitutunda xarici dil kurslarının buraxılış mərasimi keçirilib - FOTO - foto 2


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO