Xərclədiyiniz pullara heyfiniz gəlməyəcək - Günün qoroskopu

Xərclədiyiniz pullara heyfiniz gəlməyəcək - Günün qoroskopu

Hazırda oxunan: Xərclədiyiniz pullara heyfiniz gəlməyəcək - Günün qoroskopu
176897
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol
Moderator.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - ən müxtəlif işlər üçün uğurlu gündür. Həmfikir və müttəfiqlər tapmaq çətin deyil. Hətta ən cəsarətli ideyalarınız dəstəklənəcək.

Buğa - yaradıcı potensialınız çox yüksəkdir və köhnə problemlərin qeyri-standart həllərini tapacaqsınız. Mənfəətli anlaşmlara nail olmaq, habelə böyük gəlir əldə etmək imkanları var.

Əkizlər - şəxsi həyatda yaxşılığa doğru ciddi irəliləyişlər və yeniliklər istisna deyil. Qəfil hadisələr pozitiv məcradadır. Dostlarla görüş və qonaq qəbulu üçün pis gün deyil.

Xərçəng - yeni işə başlamaq olar. Məqsədə çatmaq üçün optimal yol seçin, bütün mümkün vasitələrdən yararlanmağa çalışın. Uzun səfərlərdən imtina edin, yolda və sükan arxasında ehtiyatlı olun.

Şir - asan və rahat gündür. Bir neçə xoş xəbər alacaqsınız. Köhnə dostlardan ismarıc istisna deyil. Bir zamanlar məhsuldar əməkdaşlıq etdiyiniz şəxslər özlərini xatırlada bilərlər.

Qız - köhnə əlaqələri bərpa etmək olar. İşgüzar əlaqələrin yenidən gündəmə gətirilməsi çətin olacaq. Romantik münasibətlərdə əvvəlki səhvləri təkrarlamayın.

Tərəzi - İstənilən işə həvəslə, maraqla başlasanız, tapşırığın öhdəsindən gələ bilərsiniz. Alış-veriş üçün sərfəli vaxtdır. Xərclədiyiniz pullara heyfiniz gəlməyəcək. Səfər uğurlu alınacaq.

Əqrəb - çoxsaylı kiçik çətinliklər yaranacaq ki, onlar da sizi sinirləndirəcək, qıcıqlandıracaq. Səfər və ya ezamiyyətdən imtina edin, fiziki işləri azaldın.

Oxatan - səhhətinizdə kiçik problemlər olacaq. Başağrısı və yuxusuzluq istisna deyil. Rasionunuza fikir verin, riskli işlərə və avantüralara qatılmayın.

Oğlaq - uğurlu gündür. Fəal və enerjili olun. İşlərin öhdəsindən sürətlə gəlin, ideyalarınızı reallaşdırmaq və planlarınızı həyata keçirmək üçün həmfikirlər tapın.

Dolça - yeni tanışlar sizi bəyənəcəklər. Köhnə tanışlarla ünsiyyətiniz yaxşı olacaq. Maraqlarınızı qoruyanda kimsənin xətrinə dəyməyin, pərişan etməyin. Günün ikinci yarısı o qədər də uğurlu deyil.

Balıqlar - günün ilk yarısı işlərlə şəxsi münasibətlərdə problemlərin həlli üçün yararldır. Ünsiyyət, birgə layihələrin həyata keçirilməsi, müxtəlif görüşlərdə xeyir var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO