İşğaldan azad olunmuş ərazilərdə daha 94 mina AŞKARLANDI – FOTO  

İşğaldan azad olunmuş ərazilərdə daha 94 mina AŞKARLANDI – FOTO  

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə daha 94 mina AŞKARLANDI – FOTO  

176688

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib. 

Qeyd edilib ki, azad olunan ərazilərdə 2024-cü il yanvarın 29-dan fevralın 4-nə qədər 16 tank əleyhinə mina, 78 piyada əleyhinə mina, 150 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. 

Həmçinin 336.5 hektar ərazi minalardan təmizlənib. 

Xatırladaq ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO