Daha 3 uşaq himayədar ailələrə verildi

Daha 3 uşaq himayədar ailələrə verildi

Hazırda oxunan: Daha 3 uşaq himayədar ailələrə verildi
175979
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən daha 3 uşaq himayədar ailələrə verilib.

Bununla əlaqədar qanunvericiliyə uyğun olaraq nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, “Himayədar ailə” qayğı modeli uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biridir.

Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların himayədar ailələrə verilməsi onların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafına hədəflənib.
Beləliklə, himayədar ailələrə verilən uşaqların sayı artıq 8-ə çatıb. Onlardan 1-i oğlan, 7-si qızdır. Həmçinin 4 nəfəri 6 yaşadək olan, 3 nəfəri 7-13 yaş arası, 1 nəfəri 14-18 yaş arası uşaqlardır.

Himayədar ailələrə verilən 8 uşaqdan 2-si hazırda Bakı şəhərində, 6-sı rayonlardakı (Lənkəranda 2, Cəlilabadda 1, Ağcabədidə 1, Biləsuvarda 1, Zaqatalada 1) ailələrdə yaşayırlar.

Uşaqları himayəyə götürən ailələr sosial dəstəklə də təmin olunur. Belə ki, onlara himayəyə götürdükləri 6 yaşadək olan uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat), 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat),14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət, habelə uşaqlara mövsümi geyim alınması üçün hər rübdə hər uşaq ucun 200 manat birdəfəlik müavinət verilməsi nəzərdə tutulub.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO