Velosiped zolağına daxil olan sürücüləri hansı CƏZA gözləyir? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Velosiped zolağına daxil olan sürücüləri hansı CƏZA gözləyir? – Rəsmi AÇIQLAMA 

175757

Bakı küçələrində avtobuslar üçün ayrılmış zolağa daxil olan sürücülərlə tez-tez rastlaşırıq. Məhz buna görə də avtobuslar ləngiyir, yersiz tıxac yaranır və bu da sərnişinlərin narazılığına səbəb olur. Artıq avtomobillər avtobuslarla yanaşı, velosiped zolaqlarına da müdaxilə edirlər. 

Qeyd edək ki, artıq xeyli müddətdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində velosiped yollarının salınmasına başlanılıb. İlkin mərhələdə paytaxtın əsasən mərkəzi hissələrində – İstiqlaliyyət, Azərbaycan prospekti, Mirzəağa Əliyev, Fikrət Əmirov küçəsi, Bülbül prospekti və Bulvar ərazisində bu istiqamətdə addımlar atılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Velosiped zolaqlarına baryerlər quraşdırıldı - FOTO 


Qeyd edilən ünvanlarda velosiped zolaqları yaradılıb, müvafiq nişanlanma işləri görülüb, yol kəsişmələrində təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə yaşıl boya çəkilib. Bakı şəhərinin Baş planına görə, paytaxt üzrə 2040-cı ilədək velosiped zolaqları şəbəkəsinin ümumi uzunluğunun təxminən 285 kilometr təşkil edəcəyi planlaşdırılır.

Maraqlıdır, avtobus və velosiped zolağına daxil olan sürücülər nə qədər cərimə olunurlar?

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev Bizim.Media-ya bildirib ki, avtobus və eləcə də, velosiped zolaqlarında maşın saxlamaq yolverilməzdir:

“Bu, dayanma-durma və ya nişanın tələbinin pozulması kimi qiymətləndirilir. Velosiped zolağının olmasına dair nişan qoyulubsa, təyinatı üzrə olmayan nəqliyyat vasitələri həmin əraziyə daxil ola bilməz. Bu, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə əsasən, eynilə avtobus zolağında olduğu kimi, 40 manat cəriməsi olan haldır”. 

Nuranə Daxilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO