NASA həmyerlimiz Ələkbər Mirqədirovu AYA göndərəcək – DOSYE - FOTO

NASA həmyerlimiz Ələkbər Mirqədirovu AYA göndərəcək – DOSYE - FOTO

Hazırda oxunan: NASA həmyerlimiz Ələkbər Mirqədirovu AYA göndərəcək – DOSYE - FOTO
17525
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-da Aya uçuş üçün namizədlərdən birinin adı məlum olub. Bu azərbaycanlı, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti Ələkbər (Allen) Tərlan oğlu Mirqədirovdur.

Bizim.Media xəbər verir ki, 42 yaşlı Mirqədirov, Bakıda anadan olub. O, paytaxtdakı 45 nömrəli məktəbi bitirib və 1991-ci ildə ailəsi ilə birlikdə ABŞ-a köçüb.
 

MÖVZU İLƏ BAĞLI:

NASA Marsa getmək istəyənlərin qeydiyyatına başladı – Biletlər satılır


Ələkbər (Allen) burada San Diego Universitetində aerodinamikanın incəliklərini öyrənib. Daha sonra o, 10 ildən çox ABŞ Hava Qüvvələrində xidmət edib. Mirqədirov MARS-8 və SIRIUS-19 "ekspedisiyalarında" iştirak edib.

Ələkbər 2014-cü ildən bəri Marsa, 2019-cu ildən Aya uçuşa namizəddir.

Ədəbiyyatı sevən Mirqədirovun ən sevdiyi kitablar Yuri Qaqarinin kitabları və Molla Nəsrəddin lətifələridir.

Həmyerlimiz özünüz ilə hansı kitabları götürərdiniz sualına belə cavab verib:

"Lev Tolstoyun "Dirilmək", Azərbaycan mətbəxi haqqında bir yemək kitabı (əlbətdə ki,ən sevdiyim yeməyi Marsda bişirə bilməyəcəm, amma bu o demək deyil ki, bu barədə xəyal edə bilmərəm ...), Daniel Defonun "Robinzon Kruzo", A.S. Puşkinin əsərlərini və Molla Nəsrəddin lətifələr kitabını özümlə götürərdim”.

Bizim.Media

NASA həmyerlimiz Ələkbər Mirqədirovu AYA göndərəcək – DOSYE - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO