Bu il Cəbrayılın Horovlu kəndinə 1395 nəfər KÖÇÜRÜLƏCƏK 

Bu il Cəbrayılın Horovlu kəndinə 1395 nəfər KÖÇÜRÜLƏCƏK 

Hazırda oxunan: Bu il Cəbrayılın Horovlu kəndinə 1395 nəfər KÖÇÜRÜLƏCƏK 

175215

Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur. 

Bizim.Media xəbər verir ki, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva deyib. 

O bildirib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa tikinti işləri başlayıb: 

"İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub, lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa olunur, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər yaxın aylarda tamamlanacaq". 

O bildirib ki, "Böyük Qayıdış" Dövlət Proqramının birinci mərhələdə təxminən 2024-cü ilin sonunadək bu kənddə əhalinin sayı təxminən 1395 nəfər təşkil edəcək: 

"Növbəti illər üçün kənd əhalisinin sayının təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO