"Məktəblərdə və universitetlərdə liftlər yığışdırılmalıdır” - Misir Mərdanov 

Hazırda oxunan: "Məktəblərdə və universitetlərdə liftlər yığışdırılmalıdır” - Misir Mərdanov 
174899
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanda orta məktəblərdə və universitetlərdə liftlər yığışdırılmalıdır”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri manset.az-a açıqlamasında sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov bildirib. 

O, qeyd edib ki, təhsil müəssisələrində yalnız müəllimlər liftdən istifadə etməlidir: 

“Təhsil müəssisələrinə birdən-birə liftin qabağına beş min adam yığılır. Həmin adamlarında deyək ki, dərsi eyni vaxtda başlayır. Lift qoyulanda da elə nəzərdə tutulmalıdır ki, bu beş min adam ora sığa bilsin. Məsələn, Rusiyada Moskva dövlət universitetinin otuzdan çox mərtəbəsi var. Bizim təhsil müəssisələrinin hansında elə lift var? Heç birində.Tarixən Azərbaycanda da məktəblər hamısı üç mərtəbəli olub. Ona görə,  lift olmayıb ki, tələbələr bir-birlərini əzməsinlər. Ona görə də fikrimdə qalıram, liftlər yığışdırılmalıdır. Bu həm də tələbələr üçün idmandır.Müəllimlər liftdən istifadə edə bilər. Hansısa universitetə gedəndə mənim kimi adam iyirmi dəqiqə liftin qarşısında gözləyirəm. Belə olmaz!”

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO