BİZİM TƏQVİM: 17 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 yanvarda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 17 yanvarda baş vermiş tarixi hadisələr

173693

Avropa Şurasının Nazirlər Komitəsi 2001-ci ilin məhz bu günündə Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul edilməsi barədə qərar qəbul edilib.

Bəs, 17 yanvarda daha hansı hadisələr baş verib?

1. 17 yanvar 1605-ci ildə “Don Kixot” romanı ilk dəfə nəşr olunub. 

2. 1685-ci ilin bu günündə Vyanada Johannes Diodato tərəfindən ilk kafe açılıb.

3. 1773-cü ilin 17 yanvarında Ceyms Kuk və onun komandası Antraktik dairəyə yaxınlaşıblar. 

4. 1819-cu ilin bu günündə Simon Bolivar Kolumbiya Respublikasını elan edib.

5. 17 yanvar 1852-ci ildə Sand-River müqaviləsi ilə İngiltərə,Transvaaldakı(Cənubi Afrika) müstəmləkələrinin istiqlaliyyətini qəbul edib. 

6. 1944-cü ilin bu günündə İkinci Dünya Müharibəsinin ən uzun və qanlı döyüşlərindən biri Monte Kasino döyüşü başlayıb.

7. 17 yanvar 1946-cıildə BMT Təhlükəsizlik Şurasının ilk iclası keçirilib.

8. 1991-ci ilin bu günündə “Səhrada tufan” hərbi əməliyyatı çərçivəsində müttəfiq ölkələr İraqı və Küveyti bombalayıblar.

9. 17 yanvar 1994-cü ildə Cənubi Kaliforniyada 6,7 bal gücündüə zəlzələ baş verib. Nəticədə, 61 nəfər ölüb, ölkəyə 20 milyard dollar ziyan dəyib.

10. 1995-ci ilin bu günündə Yaponiyanın Osaka - Kobe bölgəsində 7,2 bal gücündə bir zələzələ baş verib. Nəticədə 6 mindən çox insan həyatını itirib. 

11.  17 yanvar 1995-ci ildə Yaponiyada Kobe şəhəri 7,2 bal gücündə zəlzələ ilə sarsıldı. 6 min 434 nəfərin həyatını itirdiyi, 40 mindən çox insanın xəsarət aldığı təbii fəlakətin ölkəyə verdiyi maddi zərər 200 milyard dollar oldu.  

Bəs, 17 yanvarda kimlər xatırlanır?

1. 1926-cı ilin bu günündə Azərbaycan şairi Mədinə Gülgün anadan olub.

2. 17 yanvar 1929-cu ildə  Azərbaycan milli teatrının ilk peşəkar aktyorlarından Mirzə Məmmədov (1841-1929) vəfat edib. 1874-cü ildə Şuşada M.F.Axundzadənin “Hacı Qara” komediyasını tamaşaya qoyub, müxtəlif truppalarda aktyorluq edib.

3. Davud Zöhrabov 1929-cu il yanvarın 17-də Bakıda doğulub. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayan katyor 10-dan artıq kinofilmə çəkilib. 

4. 17 yanvar 1942-ci ildə musiqişünas, Əməkdar müəllim Səadət  Seyidova (1942-2020) Bakıda doğulub. Ü.Hacıbəyli adına BMA-nın professoru olub.

5. 17 yanvar 1942-ci ildə dünya şöhrətli boksçu Məhəmməd Əli anadan olub.

6. İqtisad elmləri doktor, professor İslam İbrahimov 17 yanvar 1948-ci ildə anadan olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO