DYP-dən qarlı Bakıda

DYP-dən qarlı Bakıda "drift" edən avtobus sürücüsü ilə bağlı AÇIQLAMA - VİDEO

Hazırda oxunan: DYP-dən qarlı Bakıda "drift" edən avtobus sürücüsü ilə bağlı AÇIQLAMA - VİDEO

173512

Ötən gün qarlı Bakının buz bağlamış avtobus parkında sürücünün "drift" etməsi gündəm olmuşdu. 

Bizim.Media xəbər verir ki, Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli ictimai nəqliyyatı idarə edən şəxslərə müraciət ünvanlayıb.  
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda “drift” edən avtobus sürücüsü gündəm oldu - VİDEO


O bildirib ki, hadisə qapalı məkanda baş versə də, ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu kimi hallara yol verilməsi qəbuledilməzdir: 

"Sosial şəbəkələrdə və mətbuatda avtobus sürücüsünün “drift” etməsi ilə bağlı görüntüyə aidiyyatı qurum tərəfindən müvafiq açıqlama verilib. Doğrudur, hadisə qapalı məkanda baş versə də, ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu kimi hallara yol verilməsi qəbuledilməzdir. Bu, həmin sürücünün intizamlı olmasını sual altına qoyur.

Bütün hallarda ictimai nəqliyyatı idarə edən şəxslər daha intizamlı və öz hərəkətləri ilə digərlərinə nümunə olmalıdırlar.

Odur ki, sərnişindaşıma xidməti ilə məşğul olan şəxslərdən bir daha xahiş edirik ki, qaydalara ciddi şəkildə riayət etsinlər, özlərinin, daşıdıqları sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının həyatlarını təhlükə altına atmasınlar". 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO