Bakıda narkokuryerlik edən

Bakıda narkokuryerlik edən "Prius" sürücüsü tutuldu – FOTO/VİDEO 

Hazırda oxunan: Bakıda narkokuryerlik edən "Prius" sürücüsü tutuldu – FOTO/VİDEO 
172754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar davam etdirilir. 

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1988-ci il təvəllüdlü Elçin Cəfərov saxlanılıb. 

Onun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı 10 kiloqramdan artıq narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı E.Cəfərovun paytaxt ərazisində taksi xidməti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.

Xətai RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Ceyhun Abbasquliyev də saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın marixuana aşkar olunaraq götürülüb. 
E.Cəfərov və C.Abbasquliyev onlardan aşkar olunan heroin və marixuananı sosial şəbəkələrdə əlaqə qurduqları İran vətəndaşları vasitəsi ilə paytaxtın müxtəlif ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 
 



Bakıda narkokuryerlik edən
Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO