Qarabağda 1138 nəfər işlə TƏMİN OLUNUB – RƏSMİ 

Qarabağda 1138 nəfər işlə TƏMİN OLUNUB – RƏSMİ 

Hazırda oxunan: Qarabağda 1138 nəfər işlə TƏMİN OLUNUB – RƏSMİ 

172596

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan 129,3 min nəfər şəxsin siyahısı üzrə təhlil aparılıb. Məlum olub ki, 94,4 nəfər-73 faizi əmək qabiliyyətli,  19,2 faizi peşəsi olanlar, 76,3 min nəfəri isə ixtisassızdır.

Bizim.Media xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ötən il 118 mindən çox şəxs işlə TƏMİN EDİLİB – Məşğulluq Agentliyinin sədri


O bildirib ki, köç etmiş 4691 nəfərdən əmək qabiliyyətli olanlar 3116 nəfər iqtisadi fəal olanlar 1934 nəfər, 0-14 yaşda olanlar 1123 nəfər, 65 yaşdan yuxarı olanlar 452 nəfər, bütün təhsil pillələrinə malik ixtisaslıların sayı isə 977 nəfərdir.

Məşğulluğu təmin edilən şəxslər 1138 nəfərdir ki, bu da əmək qabiliyyətlililərin 36,5 faizidir.

M.Abbasbəyli qeyd edib ki, proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına başlanılıb və peşə hazırlığının təşkili üzrə yol xəritəsi hazırlanıb.

Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO