Pensiyalar nə vaxtdan artımla ÖDƏNİLƏCƏK? – RƏSMİ AÇIQLAMA 

Pensiyalar nə vaxtdan artımla ÖDƏNİLƏCƏK? – RƏSMİ AÇIQLAMA 

Hazırda oxunan: Pensiyalar nə vaxtdan artımla ÖDƏNİLƏCƏK? – RƏSMİ AÇIQLAMA 

172579

Yanvar ayından başlayaraq, indeksasiya sisteminə uyğun olaraq pensiyalarda artımların hesablanması gözlənilir. Belə ki, 2024-cü ildə əmək pensiyalarındakı artımın məhz 2023-cü ilin orta aylıq əməkhaqqına edilən artım faizinə uyğun olaraq reallaşacağı ehtimal edilir. Hər il pensiya və təqaüd artımları yanvar ayından deyil, fevral ayından verilir. Yanvar ayının artım hissəsi də, fevral ayında kartlara yüklənir.

Lakin əvvəlki dövrdən fərqli olaraq, ödənişlər hələ də edilməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabahdan pensiya, maaş və sosial yardımda hansı artımlar olacaq?


Pensiyaların ödəniləcəyi tarixi və artımın nə vaxt əlavə ediləcəyini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili ilə əlaqə saxladıq.

Qurumun rəsmisi Bizim.Media-ya açıqlamasında qeyd edib ki, pensiyaların artımı mövcud sərəncamla tənzimlənir: 

“Müvafiq sərəncam olduqdan sonra bununla bağlı münasibət bildirəcəyik. Pensiyaların ödənişi ilə bağlı qrafik hazırlanandan sonra mediaya açıqlama veriləcək”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO