Lerikə 7 sm qar yağıb - VİDEO

Lerikə 7 sm qar yağıb - VİDEO

Hazırda oxunan: Lerikə 7 sm qar yağıb - VİDEO
172194
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. 

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. 

Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, bəzi yerlərdə arabir 31 m/s, Daşkəsəndə 23 m/s, Altıağac, Göyçayda 21 m/s, Göygöldə 20 m/s, Goranboyda 19 m/s, Şəmkir, Şamaxı, Yevlax, Şabran, Naftalan, Tərtər, Mingəçevir, Ağdamda 18 m/s, Lerikdə 17 m/s, Yardımlı, Bərdədə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. 
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb. Qar örtüyünün hündürlüyü Lerikdə 7 sm, Ordubadda 4 sm, Sarıbaş (Qax), Şahdağda 2 sm, Əlibəydə (Zaqatala) 1 sm olub. 

Düşən yağıntının miqdarı Ordubadda 17 mm, Lerikdə 15 mm, Naxçıvanda 12 mm, Biləsuvar, Culfada 10 mm, Şahbuzda 8 mm, Yardımlı, Sarıbaş(Qax), Şərur, Balakən, Astara, Şəki, Zaqatala, Gədəbəy, Lənkəran, Sədərək, Şahdağ, Tovuz, Ceyrançöl, Gəncə, Oğuzda 6 mm-dək olub. Qəbələ, Qrız, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Sumqayıtda duman müşahidə olunub. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 1-5 dərəcə isti, dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta, aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub. 

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək. 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək. 
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO