Siyavuş Novruzovun maaşdan gileylənməsinə həmkarından REAKSİYA - “Heç kimin vəziyyəti acınacaqlı deyil”

Siyavuş Novruzovun maaşdan gileylənməsinə həmkarından REAKSİYA - “Heç kimin vəziyyəti acınacaqlı deyil”

Hazırda oxunan: Siyavuş Novruzovun maaşdan gileylənməsinə həmkarından REAKSİYA - “Heç kimin vəziyyəti acınacaqlı deyil”

171296

“Ölkədə heç kimin vəziyyəti acınacaqlı deyil. Cəmi 5 faiz yoxsulluq həddində yaşayan insan var. Qalan hər kəs də öz maaşı ilə dolanır, az qazanan da, çox qazanan da var. Hər vəzifənin özünə uyğun maaşı var”.

Bu sözləri Bizim.Media-ya Milli Məclisin üzvü Musa Quliyev son günlər mətbuatda deputatların əməkhaqqının müzakirəsinə münasibət bildirərkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Siyavuş Novruzov maaşdan gileyləndi: “Deputatların əksəriyyəti kreditdədir”


O, həmkarı Siyavuş Novruzovun millət vəkillərinin 5 min manat maaş almalarına rəğmən bu pulun kifayət etmədiyi, hətta bəzi deputatların kredit götürdükləri haqqında səsləndirdiyi fikirlərdən sonra başlanan müzakirəni etik hesab etmir:

“Vəzifədə kimin öz işinin öhdəsindən nə qədər gəlib gəlməməsi də müzakirə mövzusu deyil. Bu, qurumun özünün səlahiyyətində olan bir məsələdir. Belə şeylərin müzakirəsi cəmiyyətdə birliyə, harmoniyaya, sabitliyə xidmət etmir. Cəmiyyətdə bir az da parçalanma yaradır”.

Günay Şahmar, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO