Şəkidə zibil maşını 88 yaşlı kişini vurdu - TƏFƏRRÜAT/FOTO  

Şəkidə zibil maşını 88 yaşlı kişini vurdu - TƏFƏRRÜAT/FOTO  

Hazırda oxunan: Şəkidə zibil maşını 88 yaşlı kişini vurdu - TƏFƏRRÜAT/FOTO  
170722
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şəkidə günorta saatlarında baş verən hadisənin ilkin təfətrrüatları bəlli olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Çingiz Mustafayev küçəsində baş verib. 

Belə ki, Şəki şəhər Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus avtomobilin sürücüsü İlqar Əliyev idarə etdiyi “JAC” markalı yük avtomobili ilə zibil daşınması ilə məşğul olarkən şəhər sakini 88 yaşlı Paşa Mərdanovu vurub. 

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Paşa Mərdanov Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada piyadaya tibbi yardımlar göstərilməsinə baxmayaraq vəfat edib.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü avtomobili arxaya verərkən Paşa Mərdanov qəflətən küçəyə çıxıb və hadisə də anidən baş verib. Faktla bağlı rayon pokurorluğunda araşdırma aparılır. 

Şəkidə zibil maşını 88 yaşlı kişini vurdu - TƏFƏRRÜAT/FOTO   - foto 1
Şəkidə zibil maşını 88 yaşlı kişini vurdu - TƏFƏRRÜAT/FOTO   - foto 2
Şəkidə zibil maşını 88 yaşlı kişini vurdu - TƏFƏRRÜAT/FOTO   - foto 3

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO