Elm və Təhsil Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə işçi qrupu yaradılacaq - FOTO

Elm və Təhsil Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə işçi qrupu yaradılacaq - FOTO

Hazırda oxunan: Elm və Təhsil Nazirliyi ilə Ombudsman Aparatı arasında birgə işçi qrupu yaradılacaq - FOTO

170010

Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında vətəndaş müraciətlərinə baxılması və təhsil hüququnun daha səmərəli təmini sahəsində birgə əməkdaşlıq istiqamətləri mövzusuna həsr edilmiş görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, hər iki qurumun müvafiq struktur bölmələrinin rəhbərləri və digər məsul vəzifəli şəxsləri iştirak ediblər.

Tərəflər təhsil hüququnun təmini sahəsində hər iki qurumun ünvanına daxil olan müraciətlərin araşdırılması, bu sahədə qarşıya çıxan problemlərin birgə həlli, hüquqi maarifləndirmə istiqamətləri və digər əlaqədar məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Görüş zamanı Elm və Təhsil Nazirliyinə il ərzində daxil olan müraciətlərin icra vəziyyətinə dair təqdimat nümayiş olunub.

Sonda qeyd olunan sahələrdə daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə iki qurum arasında mövcud məlumat mübadiləsinin təkmilləşdirilməsi, qarşıya çıxan problemlərin həlli məqsədilə birgə işçi qruplarının yaradılması, insan hüquqlarının təşviqi sahəsində maarifləndirici tədbirlərin keçirilməsinin zəruri olduğu diqqətə çatdırılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO