Vaqif Əsədovun yerinə YENİ TƏYİNAT - FOTO 

Vaqif Əsədovun yerinə YENİ TƏYİNAT - FOTO 

Hazırda oxunan: Vaqif Əsədovun yerinə YENİ TƏYİNAT - FOTO 

169923

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində yeni təyinat olub. 

Bizim.Media xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı, polis kapitanı Toğrul Nəsirli Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi təyin edilib. 

Qeyd edək ki, adıçəkilən bölmənin əvvəlki rəisi polis polkovniki Vaqif Əsədov olub. O, yaş həddi ilə əlaqədar daxili işlər orqanlarından təqaüdə göndərilib. İndiyə qədər isə polis mayoru Araz Əsgərli həmin bölmənin rəisi vəzifəsini müvəqqəti icra edib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO