Meşə fondu torpaqlarında 286 mindən çox ağac əkilib - FOTO

Meşə fondu torpaqlarında 286 mindən çox ağac əkilib - FOTO

Hazırda oxunan: Meşə fondu torpaqlarında 286 mindən çox ağac əkilib - FOTO

169255

Payız əkin planına uyğun olaraq ölkənin bütün regionlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən meşəbərpa tədbirləri davam edib və son 5 gün ərzində meşə ərazilərində 286 840 ağac tingi əkilib, 5 tondan artıq toxum səpilib.

Bizim.Media xəbər verir ki, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov məlumat verib.

O qeyd edib ki, payız əkin mövsümü  çərçivəsində  keçirilən meşəbərpa tədbirləri bu gün Lənkəran, Lerik, Astara, Beyləqan, Ağcabədi, İmişli, Şəki, Qax, Zaqatala, Balakən, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şabran, Xızı, Siyəzən, Xaçmaz, Quba, Ağdaş, Bərdə, Goranboy, Göygöl, Tovuz, Ağstafa, Gədəbəy, Samux, Hacıqabul, Sabirabad, Qobustan rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında aparılıb və gün ərzində sözügedən rayonların meşə ərazilərində hər bölgənin iqlim şəraitinə uyğun 30 370 ağac tingi əkilib, 500 kiloqramdan artıq toxum səpilib.






Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO