ADNSU-da Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib

ADNSU-da Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib

Hazırda oxunan: ADNSU-da Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib

168973
Fevralın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqi keçirilib. Mülki müdafiə qərargahının rəisi Elşən Məmmədovun rəhbərliyi ilə keçirilən toplantıda universitetin fakültə və şöbələrindən olan mülki müdafiə qüvvələri iştirak edib. Elşən Məmmədov fövqəladə vəziyyətlərdə minimum tələfat və itki ilə vəziyyətdən çıxma yolları və davranış qaydaları haqqında təlimat verib. Ümumi təlimatlardan danışan qərargah rəisi fövqəladə hallar zamanı yaranan vəziyyətlərdən çıxış yollarını izah edib.

Toplantının keçirilməsində məqsəd fövqəladə halların qarşısını almaq və baş vermiş hər hansı fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrində vərdiş halı yaratmaqdır.

Mülki müdafiə üzrə keçirilən məşqlər ADNSU-nun mülki müdafiə rəisi, rektor, prof. Mustafa Babanlı və Nəsimi rayonu Fövqəladə Hallar və Müdafiə Şöbəsinin rəisi Musa Məhərrəmov tərəfindən razılaşdırılmış illik tədbirlər planına uyğun keçirilir. Toplantılar ildə 2 dəfə mülki müdafiə qüvvələri və komandir-rəis heyəti cəlb olunmaqla universitet səviyyəsində rəhbərliyin əmr və hazırlıq planına uyğun aparılır.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO