Sərnişinləri yolda qoyub avtobusu tərk edən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA – “Üzr istəyirik” 

Sərnişinləri yolda qoyub avtobusu tərk edən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA – “Üzr istəyirik” 

Hazırda oxunan: Sərnişinləri yolda qoyub avtobusu tərk edən sürücü ilə bağlı “BakuBus”dan AÇIQLAMA – “Üzr istəyirik” 

168227

Sosial şəbəkələrdə  "BakuBus" MMC-nin istismarında olan 5 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus sürücüsünün avtobusu tərk edərək sərnişinləri yolda saxlaması ilə bağlı xəbər yayılmışdı. 

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı “BakuBus”un mətbuat katibi Əsmər Əliyeva açıqlama verib:

“Hadisə saat 23:58 - də 5 mömrəli xətt üzrə hərəkət edən 99 JO 118 dövlət qeydiyyat nömrəli avtobusda qeydə alınıb. Sürücünün verdiyi məlumata görə  özünü pis etdiyindən avtobusu saxlayaraq sərnişinlərə məlumat verib və avtobusu tərk edib. Lakin bu barədə dispetçer mərkəzinə məlumat verməməklə həm daxili prosedur qaydaların kobud pozuntusuna yol vermiş, həm də sərnişinlərin ünvanlarına çatdırılması üçün operativ addımların atılması imkanlarını məhdudlaşdırıb.15 dəqiqədən sonra avtobusa qayıdan sürücü xətt üzrə hərəkətini davam etdirib.

Hazırda "BakuBus" da sürücünün hərəkəti üzrə daxili araşdırma aparılır və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Baş vermiş hadisəyə görə sərnişinlərdən üzr istəyir və bu kimi halların təkrarlanmaması üçün bütün zəruri addımların atılacağına sizi əmin etmək istərdik. Sərnişin məmnunluğunun fəaliyyətimizin  başlıca prioriteti olduğunu bir daha bəyan edir və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə sərnişinləri bundan sonra da sıx əməkdaşlığa dəvət edirik”, deyə qurum rəsmisi əlavə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO