SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb - FOTO

SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb - FOTO

Hazırda oxunan: SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb - FOTO
167427
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP-28) çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bir sıra xarici şirkət rəhbərləri ilə görüşlər keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə SOCAR-dan bildirilib.

Məlumata görə, Rövşən Nəcəfin “Boston Consulting Group” (BCG) şirkətinin qlobal sədri Riç Lesser ilə görüşündə şirkətlər arasında iqlim dəyişmələri, emissiya həcmlərinin qiymətləndirilməsi istiqamətlərində birgə layihələrin uğurla həyata keçirildiyi vurğulanıb, enerji keçidi, dekarbonizasiya və rəqəmsallaşma sahələrində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüşdə SOCAR ilə BCG arasında Əməkdaşlıq proqramının icrası ilə bağlı müqavilə imzalanıb.

Səfər çərçivəsindən SOCAR prezidenti Rövşən Nəcəfin “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl Rəmahi ilə görüşü olub. Görüşdə birgə həyata keçirilən layihələrin Azərbaycanda istixana qazı emissiyalarının azaldılmasına, bərpaolunan enerji mənbələrinin inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib, həmçinin əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.

“Ernst & Young” şirkətinin qlobal sədr müavini xanım Amy M.Brachio ilə görüşdə bərpaolunan enerji, rəqəmsallaşma, könüllü karbon bazarları sahələrində potensial əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, SOCAR ilə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.
Saziş SOCAR ilə ADNOC şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsini, “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutur.

COP-28 çərçivəsində, həmçinin SOCAR ilə “Sirius” beynəlxalq holdinqi arasında Strateji Əməkdaşlığa dair Saziş imzalanıb.

SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb - FOTO - foto 1
SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb - FOTO - foto 2
SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb - FOTO - foto 3
SOCAR ilə bir sıra xarici şirkətlər arasında vacib sənədlər imzalanıb - FOTO - foto 4

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO