"Ermənistan öz ərazisində Azərbaycan xalqının mədəni irsini məhv etməməlidir" - BƏYANAT

Hazırda oxunan: "Ermənistan öz ərazisində Azərbaycan xalqının mədəni irsini məhv etməməlidir" - BƏYANAT
166312
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qərbi Azərbaycan İcması Ermənistanın Elm və Təhsil Nazirliyi tərəfindən Qarabağda “erməni mədəni irsi”nə aid 140 abidənin siyahısının tərtib olunması və beynəlxalq müstəvidə iş aparılması üçün Xarici İşlər Nazirliyinə təqdim edilməsinə dair yayılan məlumatları şərh edib.

İcmadan Bizim.Media-ya verilən məlumatda deyilir:

“Ermənistanın Elm və Təhsil Nazirliyi tərəfindən Qarabağda “erməni mədəni irsi”nə aid 140 abidənin siyahısının tərtib olunması və beynəlxalq müstəvidə iş aparılması üçün Xarici İşlər Nazirliyinə təqdim edilməsi barədə məlumatlar yayılıb.

Qərbi Azərbaycan İcmasının Ermənistandakı Azərbaycan mədəni irsi ilə bağlı fəaliyyətini özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan hökumətinin bu addımı riyakarlıq və irqçilikdir.
Ermənistan hələ də özünün uydurduğu nağıllar aləmində yaşamaqda, “etnik müstəsnalıq” kimi qondarma ideologiyanın girovu olmaqda davam edir.

Ermənistan rəsmiləri başqa ölkənin ərazisində olan mədəni irsə iddia etməkdənsə, öz ərazisində Azərbaycan xalqının mədəni irsini məhv etməməli, onu başqa xalqların adına çıxarmamalı və UNESCO-nun fakt araşdırıcı missiyasının Ermənistana səfərinə imkan verməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO