“Qərbi Azərbaycandan qovulanlarla bağlı tədqiqatlara başlayacağıq” - Fərid Şəfiyev 

“Qərbi Azərbaycandan qovulanlarla bağlı tədqiqatlara başlayacağıq” - Fərid Şəfiyev 

Hazırda oxunan: “Qərbi Azərbaycandan qovulanlarla bağlı tədqiqatlara başlayacağıq” - Fərid Şəfiyev 
165733
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Ermənistanla münasibətlər elmi, hüquqi müstəvidə davam etdiriləcək”. 

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev "Laçın-Xankəndi yolu ətrafında mübahisələr" adlı hesabatın təqdimatında deyib. 

O bildirib ki, hazırda Beynəlxalq Ədalət məhkəməsində çəkişmələr gedir: 

"Bir müddət əvvəl qərar qəbul edilib. Bu qərar əksər erməni iddialarını rədd edir. Orada iki yüksək maddə ilə bağlı qərar var. Amma Azərbaycan onsuz da əvvəlcədən öz öhdəliyini qəbul edib. Ermənilərin öz yerlərinə qayıtması, onlar üçün lazımi şəraitin yaradılması öhdəliyinə sadiqdir. Təbii ki, bizim də iddialarımız var. Bu münaqişə bizim ərazimizdə baş verib, bizim evlərimiz darmadağın edilib. Bəlkə, sülh sazişindən sonra münasibətlər normallaşa bilər". 

Fərid Şəfiyev qeyd edib ki, Ermənistan bu müharibəni hazırda digər formada davam etdirməyə çalışır. 

"İndi informasiya müharibəsində bir sıra tezizlər irəli sürürlər. Bunlardan biri guya etnik təmizləmə aparılmasıdır. Təbii ki, bunların hamısı uydurmadır. Biz buna qarşı müvafiq tədbirlər görməliyik. Əslində isə etnik təmizləməyə 1988-ci ildə Qərbi Azərbaycandan qovulan azərbaycanlılar məruz qalıb.
Amma Ermənistan iddia edir ki, onlar özləri gedib, heç bir qovulma olmayıb. Bu istiqamətdə elmi cəhətdən araşdırmalara ehtiyacımız var. Düzdür, müəyyən təbliğat alətlərimiz var. Amma elmi araşdırmalar olmayanda, qərb dairələri bunu qəbul etmir. Yaxın günlərdə biz bu istiqamətdə tədqiqatlara başlayacağıq. Bu işdə bizim əlavə qüvvəyə ehtiyacımız var. Tələbələri cəlb etmək istəyirik". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO