Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO

Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO

Hazırda oxunan: Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO
164956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Noyabrın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Hərbi Hava Qüvvələrinin Hava Hücumundan Müdafiə (HHM) bölmələrindən birində olub. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

Belə ki, general-polkovnik Z.Həsənov komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki bacarıqlarını, eləcə də bölmələrin döyüş hazırlığını yoxlayıb. 

Sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti HHM bölmələrinin praktiki döyüş atışlarını izləmək üçün təlim poliqonuna gəlib. 
General-polkovnik Z.Həsənov komanda-idarəetmə məntəqəsində HHM bölmələrinin döyüş hazırlığı və döyüşə hazırolma vəziyyəti barədə məruzələri dinləyib. 

Komanda-qərargah maşınında HHM bölmələrinin döyüş fəaliyyətlərinin planlaşdırılması və idarəedilməsi üzrə tapşırıqlar icra olunduqdan sonra praktiki atışlar yerinə yetirilib. 

Şərti düşmənin aşkar olunan hava hədəfləri məhv edilərək qarşıya qoyulmuş tapşırıqlar müvəffəqiyyətlə icra edilib. 

Müdafiə naziri HHM bölmələrinin döyüş hazırlığını yüksək qiymətləndirib. 
 


Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO - foto 1
Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO - foto 2
Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO - foto 3
Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO - foto 4
Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO - foto 5
Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO - foto 6
Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO - foto 7
Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO - foto 8
Hava Hücumundan Müdafiə bölmələrimiz şərti düşmən hədəflərini MƏHV ETDİ – FOTO/VİDEO - foto 9

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO