Avtomobillə vurulan inəyin sahibi hələ müəyyənləşməyib - FOTO

Avtomobillə vurulan inəyin sahibi hələ müəyyənləşməyib - FOTO

Hazırda oxunan: Avtomobillə vurulan inəyin sahibi hələ müəyyənləşməyib - FOTO

164018

Ötən gün Bakı-Quba yolunun Siyəzən rayonunun Zarat kəndinin keçən hissəsində-Beşbarmaq pirinin yaxınlığında avtomobillə vurulan inəyin sahibi  hələ müəyyənləşdirilməyib. Üstəlik heyvanı vuran avtomobilin sürücüsü də naməlum olaraq qalır. 

Bizim.Media-nın Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Siyəzəndəki 2 nömrəli yol istismar MMC-nin sədri Vahid Muradovdan aldığı məlumata görə, ötən gün magistral yolun kənarına atılmış heyvanın cəsədi basdırılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Siyəzəndə avtomobil inəyi vuraraq yolun kənarına ATIB - Sahibi cəzalanacaq? - FOTO


Amma nə heyvanın sahibi məlumdur, nə də inəyi vurub öldürən sürücü.

Xəbər verdiyimiz  kimi, qanunvericiliyə görə, magistral yollara buraxılan heyvanların sahiblərini müəyyən cəza gözləyir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov saytımıza  bununla bağıı açıqlama verib.

"Baxmayaraq ki, bu barədə dəfələrlə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlarla maarifləndirici görüşlər keçirilir, onlara xəbərdarlıq edilir, lakin bəzi şəxslər təəssüf ki, qanuni tələblərə əməl etmir. Beləliklə, qəzalar qaçılmaz olur və ağır nəticələrlə sonlanır.
Qanuna riayət etməyən şəxslərin barəsində müəyyən tənbeh tədbirləri görülür, - deyə Xəyal Talıbov vurğulayıb.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO