Bakının mərkəzində “ömürlük” təmir olunan körpü nə vaxt AZADLIĞA qovuşacaq? - FOTO

Bakının mərkəzində “ömürlük” təmir olunan körpü nə vaxt AZADLIĞA qovuşacaq? - FOTO

Hazırda oxunan: Bakının mərkəzində “ömürlük” təmir olunan körpü nə vaxt AZADLIĞA qovuşacaq? - FOTO

163873

Xəbər verdiyimiz kimi, paytaxtın mərkəzi küçələrindən biri təmirə bağlanmışdı. Söhbət Nəsimi rayonu 20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində yolötürücünün Ceyhun Səlimov küçəsi ilə kəsişməsindəki yolayrıcından gedir. Ayrılan hissədən birinci tunelin girişinə qədər təmir işləri icra olunur.

Bu səbəbdən sözügedən hissədə dünəndən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Bizim.Media-ya bildirilib ki, aparılan təmir işləri sabah saat 17:00-dək yekunlaşacaq.

Məlumdur ki, sosial şəbəkələrdə körpünün çökməsi ilə bağlı görüntülər yayılıb. Ancaq AAYDA bildirir ki, bu, çökmə deyil, təmirə görə yaranan vəziyyətdir. 

Maraqlıdır, çökən və ya təmir olunan hissə 1 günə bərpa olunacaqmı? 

Ərazidə yoldan istifadə edən bəzi sürücülər oxşar təmirin il ərzində 4-5 dəfə icra olunduğunu, ancaq körpünün yenidən çökdüyünü bildirirlər. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bir neçə gün öncə mövzu ilə bağlı açıqlamasında bu fikirləri səsləndirib:

“Körpü həddindən artıq çox yükləndiyi üçün tez-tez sıradan çıxır. Bu səbəbdən də ildə bir-iki dəfə yenilənmə gedir. Körpüdə çökmə və ya digər bir hadisə qeydə alınmayıb”. 

Ortaya sual çıxır, sözügedən körpünün təmiri üçün büdcədən yetərli vəsait ayrılmır, yoxsa təmir keyfiyyətli aparılmır? Bir körpünün uzunmüddətli, keyfiyyətli təmiri bu qədərmi çətindir?
Görünən odur ki, aidiyyəti qurum illərdir problemi birdəfəlik yoluna qoymaqda çətinlik çəkir...  








Məhərrəm Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO