Nəfslə yanan gözləri həqiqət adlı alov kor edər!
2016-ci il tarixə qovuşur. Bu il dünya diplomatiyanın silahla əvəzlənməsi, Orta Doğuda tökülən qanlar, Bayırbucaq, Kərkük, Mosul, Hələb qırğınları ilə, Türkiyənin hadisələrin gərginlik mərkəzinə daxil olması ilə tarixiləşməkdədir. Siyasi və hərbi güclər arasındakı strateji və taktiki xəritələri yenilənməkdə, ideoloji qütblər arasında mübarizə sərtləşməkdədir. Türkiyə dost bildiklərindən dostca davranış gözləsə də qarşılığını ala bilmir. Bu səbəbdən Türkiyə-Rusiya münasibətləri yeni müstəviyə qədəm qoymaqdadır. Dünyamız üçün xeyirli sonucun, Türk dünyasının və Qafqaın bu mürəkkəb proseslərdən zəfərlə çıxacağına dua edirik. xa0
“Borçalı”x9d İctimai Cəmiyyəti xa0il ərzində təməl prinsiplərinə sədaqət nümunəsi göstərərək, Azərbaycan və Gürcüstanın milli maraqlarının uzlaşdırılması xəttini yürütmüş, zaman-zaman süni şəkildə Gürcüstan yetkililəri tərəfindən yaradılmış problemlərin həlli istiqamətində düzgün mövqe sərgiləmişdir. xa0Buna baxmayaraq bəlli mərkəzlər son 100 ildə ilk dəfə ayaq üstə durmağı bacarmış təşkilat forması olan “Borçalı”x9d İctimai Cəmiyyəti ərtafında elimizin və təşkilatın vahidliyinə xa0xələl gətirən addım atılmışdır. xa0 Bütün təbəqələri xa0bir araya yığmaq gücünə qadir olan Elat bayramının əngəllənməsi istiqamətində soydaşımın var olmasına arzulamayan, özəl çıxarılarını milli maraqların üzərində hakim görən zümrə iş birliyinə keçdilər. xa0Həmin zümrə Elat bayramında "Türkiyə bayrağını endirin!", "Borçalı sözünü pozun!" əmri ilə komandamızın üzərinə yürüyən xatalı zehniyyətlə eyni platformu bölüşüb, ironik təbəssümlə qalib qismində poz verdilər.xa0
Elat Komandası möhtəşəm "tavır" sərgiləyərək XXI əsr insanının sərgiləyə biləcəyi sivil protest ilə tarix yazdılar. Anlatdılar ki, bizim üçün Bayraq rəngə boyanmış əski parçasi deyildir, o bizim namusumuzdur. Bayrağa dəyən, Borçalı sözünə xor baxan göz və zehniyyət bizim dostumuz ola bilməzlər. xa0Bu gün nəfsin eşqi ilə alışıb yanan gözləri sabah həqiqət adlı alov kor edər! xa0Zaman ən böyük hakimdir.xa0
Ən son - 25 dekabr həmrəylik-dayanışma bayramı da artıq tarixə yazıldı. Türkiyə Cumhurbaşkanı səlahiyyətlisi Yalçın Topçu cənabları Borçalı türkü deyərək uzun yolu yaxın elədi. xa0Sayılıb-seçilən qonaqların şahidliyi ilə dünya və region, eyni zamanda Gürcüstan, Borçalı türkləri, Azərbaycan-Türkiyə -Gürcüstan münasibətləri ilə bağlı əhəmiyyətli mesajlar verdi. xa0Biz də durmadıq, yola davam dedik.
xa0Biz ayrı-ayrı qrupların öz məsləkləri və bacarıqlarına uyğun təşkilatlar qurmasını və bu quruluşlar arasında ortaq maraqlara uyğun əməkdaşlığı hər zaman təqdir etmişik. xa0Artıq “Borçalı”x9d İctimai Birliyi adlı yeni bir təşkilat var. Olsun! xa0Bütün keçmişlərə baxmayaraq onlara çalışmaq, fədakarlıq etmək xa0arzulayırıq. Hər uğurlarına əllərini sıxıb, alnlarından öpmək qoy bizim vəzifə borcumuz olsun.xa0
Biz isə xa0yeni - “Borçalı”x9d Cəmiyyəti adlı təşkilatda yolumuzu davam etdirəcəyik. Bir-birimizə mane olmayaq. Millətdən çox aralı düşən zehniyyət ötən əsrin 20-ci illərində istiqlalımızın istismarı kimi milli faciəyə vəsilə oldu.xa0
XXI əsrin insanı-bizlər olub keçənlərdən düzgün nəticə çıxarmasaq tarix nə elimizi, nə dövlətimizi, nə də millətimizi əfv etməyəcəkdir.xa0
Əziz millətimiz, fədakar eloğlularımız, soydaşlarımız xa0birlik və sabaha inam ruhlu çağrı ilə həmrəylik gününüzü və yeni təqvim ilinizi təbrik edirik. Ulu Tanrı Türkiyəmizə, Gürcüstanımıza,xa0
Azərbaycanımıza, Türk dünyasına yar olsun, Azərbaycan-Gürcüstan-Türkiyə dostluğunun əbədiliyini nəsibimiz eləsin!
Zəlimxan Məmmədli
Borçalı Cəmiyyətinin sədri


































































































