Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapa bilmirlər? – Professordan SƏRT TƏNQİD

Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapa bilmirlər? – Professordan SƏRT TƏNQİD

Hazırda oxunan: Ali təhsilli gənclər niyə öz ixtisaslarına uyğun iş tapa bilmirlər? – Professordan SƏRT TƏNQİD
163657
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son illərin tendensiyalarından biri də budur: Azərbaycanda təhsil alan gənc kadrlar öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Çox az qisim öz ixtisasına uyğun bir işlə təmin olunur. Əksəriyyət ya fərqli sahəyə yönəlir, ya da işsiz qalır.

Bunu müşahidə etmək üçün ətrafımıza baxmaq kifayətdir.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, sözügedən problem ali məktəb konsepsiyası ilə cəmiyyətin inkişaf tendensiyalarının üst-üstə düşməməsinin nəticəsidir:

“Cəmiyyət inkişaf etdikcə yeni ixtisaslara, fənnlərə ehtiyac yaranır. Ancaq Elm və Təhsil Nazirliyi bu inkişafı hiss edə bilmir və konservativ addım atırlar. Gənc kadr təhsilini başa vurduqdan sonra tələb və təklif arasında böyük ziddiyət yaranır. Ali təhsil cəmiyyətin tələblərinə uyğun qurulmalıdır. Cəmiyyət öz işini ali təhsilə görə qura bilməz. Bu isə sonda gənclərin işlə təmin olunmasında əngəllər yaradır.

Bu baxımdan planlaşdırılma düzgün olmalıdır.

Məsələn, nə qədər müəllimə ehtiyac varsa, o qədər də yer olmalıdır. İllik 100 müəllimə ehtiyac varsa, 300 müəllim üçün yer ayırsaq, yenə də problem yaranacaq. Gələcəyi görmənin özündə də ziddiyət var. Səbəblər çoxdur”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO