Bu gün Milli Məclidə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”x9d, “Ətraf mühitin mühafizəsi haqqında”x9d ,”x9dNəşriyyat işi haqqında”x9d, “Lotereyalar haqqında”x9d, “Təhsil haqqında”x9d qanunlara əlavə və dəyişikliklərin müzakirəsi zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva bildirib ki, bu dəyişikliklər və əlavələr çox vacib və zərudidir və onları dəstəkləyəcək:
”x9dAmma hesab edirəm ki, onların həyata keçirilməsi istiqamətində müvüfiq qurumlarım məsuliyyəti, qanunun yerinə yetirilməməsi zamanı cəzaların sərt olması, qanunların həyata keçirilməsinə nəzarət mexanizmlərinin daha da gücləndirilməsinə böyük ehtiyac var. Çünki qəbul edilən bir sıra qanunların bir sıra maddələrinə illərdir ki əməl olunmur. Buna görə məsuliyyət və cəza mexanizmlərinin sərtləşməsi ilə bərabər, bu qanunların həyata keçirilməsinə nəzarət mexanizmlərinin də güclənməsi lazımdır. Məsələn, elə götürək “Tütün və tütün məmulatı haqqında”x9d Azərbaycan Respublikası qanununu. Orada deyilir ki məktəblərə yaxın ərazilərdə siqaretin satışı, reklamı olmaz, 18 yaşına qədər uşaqlara siqaret satılması qadağandır və s. Amma təssüf ki, qanunun bir sıra maddələri demək olar ki illərdir işləmir. Ona görə də bu gün bir sıra qanunlara etdiyimiz əlavə də dəyişikliklərin çalışması üçün mexanizmlər, məsuluyyət və cəzaların sərtləşdirilməsi də öz əksini daha ciddi şəkildə tapmalıdır. Qəbul olunan qanunların tam yerinə yetirilməsi çox vacib məsələdir".



































































































