Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırıldı - FOTO

Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırıldı - FOTO

Hazırda oxunan: Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırıldı - FOTO
163472
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin paytaxtı Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri Bulvarı” adı verilib.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından Bizim.Media-ya bildirilib ki, bu addım Azərbaycanın Zəfər Gününün üçüncü ildönümü ərəfəsində atılıb.

Ankara Böyükşəhər Bələdiyyə Başqanlığının texniki işlər şöbəsinin (Fen İşləri Dairəsi) müdiri Aziz Murat Seyrekin adından Xarici Əlaqələr Dairəsi Başqanlığına ünvanlanan 2023-cü il 24 oktyabr tarixli məktubda bildirilib ki, bu məsələ ilə bağlı bələdiyyəyə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından rəsmi müraciət daxil olub. Müraciətdə 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Ankaranın küçələrindən birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklif edilib.

Böyükşəhər Bələdiyyə Məclisinin qərarı və Ankara valiliyinin təsdiqi ilə paytaxtın Etimesgut rayonunun Şəkər məhəlləsinin və Şəhid Osman Avcı məhəlləsinin sərhədlərində yerləşən “1419-cu küçə”nin adı dəyişdirilərək, “Qarabağ Şəhidləri Bulvarı” adlandırılıb.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası rəhbərliyinin oktyabr ayında Ankara Böyükşəhər Bələdiyyə sədri Mansur Yavaşla görüş zamanı paytaxtın mərkəzi küçə və ya parklardan birinə “Qarabağ Şəhidləri” adının verilməsi təklifi diqqətə çatdırılıb. Bələdiyyə sədri ilk məclis toplantısında bu məsələnin müzakirəyə çıxarılacağına söz verib.

Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırıldı - FOTO - foto 1
Ankara küçələrindən biri “Qarabağ Şəhidləri Bulvarı” adlandırıldı - FOTO - foto 2
Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO