Naxçıvanda hərbi yürüş keçirilib - VİDEO 

Naxçıvanda hərbi yürüş keçirilib - VİDEO 

Hazırda oxunan: Naxçıvanda hərbi yürüş keçirilib - VİDEO 
162917
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Naxçıvan şəhərində hərbi yürüş keçirilib. 

Bu barədə  Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Heydər Əliyev prospektindən başlayıb və müəyyən edilən marşrut üzrə Zəfər parkınadək davam edib. 

Hərbi qulluqçularımız və gələcəyin zabitləri yürüşləri ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını və Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər. 
Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndiriblər. 

İzləyənlər tərəfindən hərbi yürüş böyük maraq və alqışlarla qarşılanıb. Sonda Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin konserti olub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Orduda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir. 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO