Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT 

Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT 

Hazırda oxunan: Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT 
161095
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda mənzilin içərisindən qaz xətti keçir. Söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsi H.Quliyev küçəsi bina 24-dən gedir. 

Bu ünvanda qaz boruları birinci mərtəbədəki mənzillərin içərisindən keçir. Halbuki vaxtılə bu borular çöldən çəkilib. Müəyyən artırmalara göz yumulduğu üçün isə belə bir vəziyyət yaranıb. 

Bizim.Media-ya bu barədə müraciət edən bina sakinlərinin bildirdiyinə görə illərdir ki, bu problem var. 

Amma rəsmi qurum məsələyə nəzarət etmir. Belə ki, birinci mərtəbələrə eyvan artırmalarından sonra qaz boruları evin içərisində qalıb.

Bu azmış kimi birinci mərtəbənin altında fəaliyyət göstərən qeyri-yaşayış obyektlərinin içərisindən də ana qaz xətti keçir. Mənzilin içərisində bu boruların qalması ciddi risklərə, təhlükəli, yanğın və ya partlama təhlükələrinə səbəb ola bilər. Bu isə bütün bina sakinlərini təhlükə altına salmış olur. 

Sakinlər deyir ki, dəfələrlə “Azəriqaz” İstehsalat Birliyinə məsələ ilə bağlı müraciət ediblər. Hətta məsələnin araşdırılması üçün akt da tərtib edilib. Amma nə əraziyə və mənzillərə baxış keçirilib, nə də problemin həlli istiqamətində addım atılıb. 

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyindən sorğumuza heç bir cavab ala bilmədik. Qurumun nə baş ofisi ilə, nə də mətbuat katibi ilə əlaqə yaratmaq mümkün oldu.

Mövzunu diqqətdə saxlayacağıq...

Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT  - foto 1
Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT  - foto 2
Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT  - foto 3
Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT  - foto 4
Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT  - foto 5
Bakıda mənzilin içərisindən qaz xətti KEÇİR – Rəsmi qurumlar hara BAXIR? – FOTOFAKT  - foto 6

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO