Vəkillər Kollegiyasının Akademiyası təsis olunub - FOTO

Vəkillər Kollegiyasının Akademiyası təsis olunub - FOTO

Hazırda oxunan: Vəkillər Kollegiyasının Akademiyası təsis olunub - FOTO
160912
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oktyabr ayının 20-də “De Fendo” Vəkil Bürosunda Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb. 

Bildirilib ki, iclasda çıxış edən Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti barədə məlumat verib. 

İclas gündəliyinə uyğun olaraq, Vəkillər Kollegiyasının Akademiyasının təsis olunması məsələsinə baxılıb. Rəyasət Heyəti tərəfindən müsbət qərar qəbul edilib. Eyni zamanda, kollegiyanın üzvü, professor, hüquq elmləri doktoru Əmir Əliyevin akademiyanın rəhbəri təyin edilməsi qərara alınıb. 

Sonra beynəlxalq təcrübə nəzərə alınaraq, Kollegiyanın Aparat rəhbəri vəzifəsinin Baş katib adlandırılması məsələsinə baxılıb və bundan irəli gələn digər qərarlar verilib. 

Həmçinin iclasda Naxçıvan Dövlət Universitetinin müraciətinə baxılıb. Belə ki, cari ildə imzalanmış Memoranduma uyğun olaraq, təhsildə fərqlənən tələblər üçün fərdi təqaüdün ayrılması məqsədilə, Vəkillər Kollegiyası tərəfindən “Heydər Əliyev adına tələbə təqaüd proqramı” və “Sürəyya Ağaoğlu adına tələbə təqaüd proqramı” təsis edilib. 

Eyni zamanda, vəkilliyə qəbul, vəkillərin digər vəkil qurumuna keçməsi, bəzi vəkillərin öz istəyi ilə vəkillik fəaliyyətinə xitam verilməsi və müəyyən müddətə üzvlük haqqından azad olunması barədə müraciətlərinə baxılıb, müvafiq qərarlar çıxarılıb. 
Daha sonra, iclasda vəkil bürolarının və vəkil kabinetlərinin təsis edilməsi barədə müvafiq qərarlar verilib. 

Bundan başqa, iclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib. 

Sonda kollegiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb. 

Vəkillər Kollegiyasının Akademiyası təsis olunub - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO