Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu Beynəlxalq “Türkologiya”x9d jurnalının 2016-cı il üçün 3-cü sayı çapdan çıxıb.
Sim-sim.azxa0xəbər verir ki, jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində, Türkiyə, Rusiya, Macarıstan, Ukrayna və Azərbaycan alimlərinin məqalələri yer alıb. AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri ehtiva edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”x9d, “Dilçilik”x9d, “Mədəniyyət və İncəsənət”x9d, “Yazılı Abidələr”x9d rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “I Türkoloji Qurultay”x9dın 90 illiyi, dünyada olan “Türkoloji mərkəzlər”x9d, “Elmi həyat”x9d, “Personalia”x9d, “Nekroloqlar”x9d bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.
Beynəlxalq elmi jurnalın qayəsi “Sovetskaya Türkologiya”x9d jurnalının ənənələrinin davamı və türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər elm sahələrinin mütəxəssisləri üçün də maraqlı etməkdir.


































































































