Bakıda yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlanıb - FOTO

Bakıda yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlanıb - FOTO

Hazırda oxunan: Bakıda yol qaydalarını pozan sürücüdə narkotik vasitə aşkarlanıb - FOTO

159858

Sosial şəbəkələrdə paytaxt ərazisində Toyota Prius markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov məlumat verib. 

O bildirib ki, görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb. 
Onun üzərindən narkotik vasitə heroin aşkar edilib. 

Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib. 

Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO