Görüntüləri yayılan deputat Etibar Əliyevdən AÇIQLAMA - VİDEO

Görüntüləri yayılan deputat Etibar Əliyevdən AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Görüntüləri yayılan deputat Etibar Əliyevdən AÇIQLAMA - VİDEO

159818

Milli Məclisin deputatı Etibar Əliyevin parlamentdəki çıxışı zamanı lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü çıxış üçün istifadə etdiyi mətni üzündən oxumaqda çətinlik çəkib.

Bizim.Media-ya danışan deputat yayılan görüntülərə belə aydınlıq gətirib:

“Bunu müzakirəyə çıxaranlar boş-bekar və axmaq adamlardır. Söhbət hansı çıxışdan gedir, mən də heç bilmirəm. Onu necə quraşdırıblar, nətər ediblər və kim verib, bilmirəm. Özüm də heç o ifadəni işlətməyimdən xəbərim yoxdur. Mən parlamentin plenar iclaslarında 90-dan çox çıxışlar etmişəm. Elə o çıxışlardan da bir mətni götürüb yaysınlar da...Bütün ölkə bundan danışır və qarışıb bir-birinə...

Elə bil ölkənin tək dərdi Etibar Əliyevin hansısa mətni üzündən oxuya bilməməsindədir. Etibar Əliyev 5 kitabxanasında 5000 kitabından 3 minini oxuyan, yüzlərlə televiziya və parlament çıxışı olan şəxsdir. Kitab təqdimatı işlərini həyata keçirirəm. Qoy, bu ölkədə üzündən oxuya bilməyən və ən savadsız adam mən olum. Bunu deməklə bunların ürəyi sakitləşir? Ürəkləri sakitləşirsə, qoy sakitləşsin və rədd olub getsinlər başımdan.. Əgər elə onlar hesab edirlərsə, Etibar Əliyev savadsızdır, qoy elə də olsun”. 

Deputat sosial şəbəkələrdə hansısa bir məsələnin trendə çevrilməsindən də şikayətlənib: 

“”Facebook”a bir şey atırlar və hamı da ona qoşulur. Bu nə verir sizə? Yaxşı, müzakirə edin, deyin Etibar savadsızdır, üzündən oxuya bilmir. Mənə bu görüntüləri 50-yə yaxın adam atıb. Axı nə olub, nə baş verib? Tutaq ki, mən üzündən oxuya bilməmişəm, kompüterdi, mətn qaçıb və ya nəsə baş verib, burda nə var ki?” – deyə deputat əlavə edib. 

Alçina Amilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO