Qusarda

Qusarda "Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri" mövzusunda KONFRANS - FOTO 

Hazırda oxunan: Qusarda "Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri" mövzusunda KONFRANS - FOTO 

158696

Qusarda "Heydər Əliyev və Azərbaycanın dövlətçilik ənənələri" mövzusunda elmi-praktik konfrans keçirilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, konfrans dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi və "Quba Soyqırımı Memorial Kompleksi”nin 10 illiyinə həsr olunub.  

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin Qusar şəhərindəki abidəsini ziyarət edib, abidə önünə tər güllər düzülüb.  

Konfrans Heydər Əliyevin və Qarabağ şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib. 
Çıxışlarda Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, xalqımıza qarşı soyqırım faktlarının tanınmasındakı xidmətləri də xüsusi vurğulanıb. 

"Quba Soyqırımı Memorial Kompleksi"nin direktoru Rəxşəndə Bayramova ermənilərin azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə müdrik siyasətçi Heydər Əliyevin hüquqi-siyasi qiymət verdiyin vurğulayıb.  










Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO