BİZİM TƏQVİM: 6 oktyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 6 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 6 oktyabrda baş vermiş tarixi hadisələr

158500

6 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun  3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi məhv edilib.

Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib. Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib.Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülüb.

Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəklik azad olunub.

Bəs, oktyabrın 6-da daha hansı hadisələr baş verib?

1. 6 oktyabr 1860-cı ildə ingilis və fransız orduları 2-ci Arrou müharibəsində Çinin paytaxtı Pekini ələ keçirdi.

2. 6 oktyabr 1923-cü ildə Şükrü Naili paşa komandasındakı Türk ordusu İstanbula daxil oldu və təqribən 5 il davam edən işğalı başa çatdırdı.

3. 1923-cü ilin 6 oktyabr tarixində amerikalı astronom Hubble Andromeda qalaktikasını kəşf etdi.

4. 6 oktyabr 1926-cı ildə Türkiyənin ilk təyyarə fabriki Kayseri şəhərində istifadəyə verildi.

5. 6 oktyabr 1927-ci ildə Uorner qardaşları Nyu-Yorkda ilk səsli filmin təqdimatını keçiriblər.

6. 6 oktyabr 1951-ci ildə İosef Stalin ölkəsi Sovet İttifaqının atom bombası sahibi olduğunu rəsmi olaraq açıqladı.

7. 6 oktyabr 1973-cü ildə Ərəb ölkələri ilə İsrail ərasında Yom Kippur müharibəsi başlandı.

8. 6 oktaybr 1976-cı ildə Çin lideri Maonun ölümündən sonra hakimiyyətə keçən Xua Quageng Mədəniyyət İnqilabının başa çatdığını açıqladı və “Dördlü quldur dəstəsi” saxlanıldı.

9. 1986-cı ilin 0 oktyabr günü “TRT-2”kanalı mədəniyyət və sənət verilişlərinə üstünlük verərək rəsmi olaraq açıldı.

10. 6 oktyabr - Dünya təbii yaşayış məskənlərinin mühafizəsi günüdür. 1979-cu ildə Avropa Şurasının “Flora və faunanın, təbii yaşayış məskənlərinin qorunması haqqında Bern konvensiyası”nın əsasında təsis edilib.

Oktyabrın 6-da bu şəxsiyyətlər xatırlanır:

1. 6 oktyabr 1914-ci ildə Norveç səyyahı, etnoqraf və antropoloq Tur Heyerdal (1914 - 18.4.2002) anadan olub. Heyerdal dəfələrlə Azərbaycanda olub, Qobustana ekspedisiyalar təşkil edib.

2. 6 oktyabr 1923-ci ildə  Türkiyə yazıçısı, şair Yaşar Kamal (1923 – 28.2.2015) anadan olub. “Tənəkə”, “Yağmurcuq quşu”, “Qanın səsi” romanlarının müəllifidir. Kitabları bir çox dillərə tərcümə olunub.

3. 6 oktyabr 1956-cı ildə tanınmış aktyor, Xalq artisti Nurəddin Quliyev (Nurəddin Mehdixanlı) doğulub.

4. Azərbaycan polkovnik-leytenantı, Vətən Müharibəsi Qəhrəmanı Orxan Əkbərov 6 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO