Zaqatalada qumbara partlaması nəticəsində ölənlərin sayı 2-yə çatdı - FOTO

Zaqatalada qumbara partlaması nəticəsində ölənlərin sayı 2-yə çatdı - FOTO

Hazırda oxunan: Zaqatalada qumbara partlaması nəticəsində ölənlərin sayı 2-yə çatdı - FOTO

157891

Xəbər verdiyimiz kimi, Zaqatalada Vətən Müharibəsi iştirakçısının əlində qumbara partlayıb, ölən və yaralananlar var. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Yengiyan kəndinin mərkəzində baş verib. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, rayonun Yengiyan kənd sakini 29 yaşlı Həmid Gülməmədovun əlində qumbara partlayıb. Partlayış nəticəsində Həmid Gülməmmədovun yanında olan həmkəndçisi 32 yaşlı Məqsəd Rzayev və rayonun Qımır kənd sakini 31 yaşlı İlqar Cumayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə nəticəsində xəsarət alan şəxslər Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcili yardım briqadasının əməkdaşlarının müşayəti ilə xəstəxanaya aparılıb. Göstərilən tibbi yardımlara baxmayaraq Həmid Gülmməmmədov aldığı ağır xəsarətlərdən xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib. 

Digər yaralı Məqsud Rzayevin vəziyyəti ağır olduğundan yaxınları onun müalicəsinin paytaxtdakı xəstəxanalardan birində davam etdirməsi üçün Bakı şəhərinə aparıblar. Lakin o da yerləşdirildiyi xəstəxanada vəfat edib.  

Hadisədə yaralanan İlqar Cumayevin müalicəsi isə rayon xəstəxanasında davam etdirilir. 
Qeyd edək ki, hadisə nəticəsində dünyasını dəyişən Həmid Gülmməmov Vətən  Müharibəsi iştirakçısıdır. 

Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, zəruri istintaq tədbirləri həyata keçirilir. 

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO