BMT nümayəndələri “Laçın” sərhəd-keçid məntəqəsinə baxıblar - FOTO/VİDEO

BMT nümayəndələri “Laçın” sərhəd-keçid məntəqəsinə baxıblar - FOTO/VİDEO

Hazırda oxunan: BMT nümayəndələri “Laçın” sərhəd-keçid məntəqəsinə baxıblar - FOTO/VİDEO

157838

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.

Bizim.Media xəbər verir ki, BMT-nin Azərbaycandakı rezident əlqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Xankəndi-Laçın yolunda olublar və Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.

Bundan öncə onlar Xankəndidə tibb xidmətinin işi ilə tanış olurlar.

Xatırladaq ki, missiyanın üzvləri bu gün səhər saatlarında Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib.

Missiyanın məqsədi yerdə vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirməkdir. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir.
Qeyd edək ki, BMT missiyası Qarabağda sonuncu dəfə təxminən 30 il əvvəl olub.
 







Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO