Bakı-Quba yolunun bir hissəsində təmir işləri yekunlaşdı - FOTO/VİDEO

Bakı-Quba yolunun bir hissəsində təmir işləri yekunlaşdı - FOTO/VİDEO

Hazırda oxunan: Bakı-Quba yolunun bir hissəsində təmir işləri yekunlaşdı - FOTO/VİDEO
157051
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsini təşkil edən, yük və sərnişin daşınmasında böyük rolu olan M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Quba istiqamətində deformasiyaya uğramış 5 km-lik hissəsinin yenidən qurulması işləri yerinə yetirilib.

Bizim.Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, magistral youn yenidən qurulan hissəsinin istifadəyə verilməsi mərasimində qurumun İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev və digər vəzifəli şəxsləri iştirak ediblər.

Təmir-bərpa işləri avtomobil yolunun 52-119.5 km-də 3 hissədə aparılıb. Yenidənqurma işləri avtomobil yolunun 52-53.5, 100.25-102.75 və 107-108.25-ci km-lik hissələrini əhatə edib.

Sözügedən hissələr üzrə beton örtüyün sökülməsi və kənarlaşdırılması, yararsız materialların qazılması və kənarlaşdırılması, karxana materiallarının daşınması və sərilməsi, yol geyiminin alt qatının sərilməsi və kipləşdirilməsi, yeni asfalt-beton örtüyün sərilməsi işləri görülüb.
Bu istiqamətdə nəqliyyat axının intensivliyi, həmçinin təmir-bərpa işlərinin avtomobil yolu ilə hərəkət edən vətəndaşlara yaşada biləcəyi diskomfortu nəzərə alaraq işlər ərazilər üzrə hissə-hissə olmaqla icra olunub.
 



Bakı-Quba yolunun bir hissəsində təmir işləri yekunlaşdı - FOTO/VİDEO - foto 1
Bakı-Quba yolunun bir hissəsində təmir işləri yekunlaşdı - FOTO/VİDEO - foto 2
Bakı-Quba yolunun bir hissəsində təmir işləri yekunlaşdı - FOTO/VİDEO - foto 3
Bakı-Quba yolunun bir hissəsində təmir işləri yekunlaşdı - FOTO/VİDEO - foto 4
Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO