Şirvan İcra Hakimiyyətindən ŞÜBHƏLİ TENDER – Qalib şirkətin vergi borcu var? – FOTO  

Şirvan İcra Hakimiyyətindən ŞÜBHƏLİ TENDER – Qalib şirkətin vergi borcu var? – FOTO  

Hazırda oxunan: Şirvan İcra Hakimiyyətindən ŞÜBHƏLİ TENDER – Qalib şirkətin vergi borcu var? – FOTO  

156576

Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi “Şirvan şəhərində abadlıq işləri” adı altında avqustun 23-də başladığı tenderin nəticələrini açıqlayıb.  

Bizim.Media xəbər verir ki, maliyyə dəyəri 192 229 manat olan tenderin qalibi  “MM İnşaat Group” MMC (VÖEN - 1505704631) elan olunub.  

Tərəflər arasında imzalanacaq tender müqaviləsinin şərtlərinə əsasən şirkət Şirvan şəhərinin Heydər Əliyev prosepektində yerləşən 265-273, 235-243, 249-253, 255-259 saylı binaların qarşısındakı avto-dayanacaq, mövcud yolların ətrafı və bloklara giriş yerlərinin yenidən təmiri və bərpa işləri həyata keçirəcək.  

Qeyd edək ki, "MM İnşaat Group” MMC 26 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi, ev 5D-də yelərşir. MMC-nin qanuni təmsilçisi Ağayev Mirkamal Əhməd oğludur. Açıq mənbələrdə "MM İnşaat Group” MMC barəsində heç bir məlumata rast gəlinmir. 
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətinin rəsmi saytına baxış zamanı aydın oldu ki, şirkətin hazırda dövlətə 27 355 manat vergi borcu var. "Dövlət satınalmaları haqqında” qanun isə vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir. 

"MM İnşaat Group” MMC 2 ildir fəaliyyət göstərməsinə baxmayaraq, satınalma müsabiqələrində fəal iştirak edir. Şirkət ötən il müxtəlif dövlət qurumları ilə toplam maliyyə dəyəri yarım milyona yaxın satınalma müqavilələri imzalayıb.  

Qeyd edək  ki, Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 Nömrəli Sahə İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi ötən ilin noyabrında "Şirvan şəhərində abadlıq işləri" ilə bağlı tender elan etmişdi. "Şabran-D" MMC olub. Şirkətlə 200 min 78 manat məbləğində müqavilə imzalannışdı. 
Buradan aydın olunur ki, bu dövrdə şəhər ərazisində başlayan təmir işləri hələ də bitməyib və yenidən 192 min manat vəsaitə ehtiyac yaranıb  

Xatırladaq ki, Şirvan Şəhər İcra Hakimiyətinin başçısı İlqar Abbasovdur. 




Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO