Bakıdan göndərilən yük avtomobilləri 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO

Bakıdan göndərilən yük avtomobilləri 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO

Hazırda oxunan: Bakıdan göndərilən yük avtomobilləri 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO
155648
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 20-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

Bizim.Media xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildiriblər ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri gətirdikləri yükün keyfiyyət və mənşə sertifikatını Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına təqdim ediblər.

Bakıdan göndərilən yük avtomobilləri 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO - foto 1
Bakıdan göndərilən yük avtomobilləri 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO - foto 2
Bakıdan göndərilən yük avtomobilləri 20 gündür Ağdam-Xankəndi yolunda gözləyir - FOTO - foto 3

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO