“Yeni Klinika”nın rəhbəri qazidən Vüqar Qurbanovun maşının qapısını açmağı tələb edib? – Qalmaqal - FOTO

“Yeni Klinika”nın rəhbəri qazidən Vüqar Qurbanovun maşının qapısını açmağı tələb edib? – Qalmaqal - FOTO

Hazırda oxunan: “Yeni Klinika”nın rəhbəri qazidən Vüqar Qurbanovun maşının qapısını açmağı tələb edib? – Qalmaqal - FOTO
154814
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Yeni Klinika”nın Daxili təhlükəsizlik şöbəsinin keçmiş rəisi Coşqun Məmmədov adıçəkilən tibb müəssisəsinin rəhbəri Barat Yusifovdan şikayətçidir. 

Bizim.Media “reportyor.info”ya istinadən xəbər verir ki, onun sözlərinə görə, Barat Yusifov ondan TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun avtomobilinin qapısını açmasını tələb edib. 

Coşqun Məmmədov isə işinin qapı açmaq olmadığını deyib. Lakin klinikanın rəhbəri israr edib. Coşqun Məmmədov “Mən kiminsə qapısını açan şəxs deyiləm” deyərək öz ərizəsi ilə işdən çıxıb. “Çünki mənim üçün qürurum və mənliyim hər şeydən öndə gəlir”, – deyə Coşqun Məmmədov bildirib. 
Onun sözlərinə görə, 1995-2022-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət edib. “2022-ci ilin fevral ayında xəstəliyim ilə əlaqədar polkovnik leytenant rütbəsi ilə ehtiyata buraxılmışam. 

Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişəm. 26 oktyabr 2020-ci il tarixdə Xocəvənd rayonunda yaralanmışam”. 

Coşqun Məmmədov “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordenlə, “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 

Hərbi xidmət dövründə isə “Silahlı Qüvvələrin 10 illiyi”, “Silahlı Qüvvələrin 90 illiyi” , “Silahlı qüvvələrin 95 illiyi”, “Silahlı qüvvələrin 100 illiyi”, “Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətlərə görə” 2-ci dərəcəli və “Qüsursuz xidmətlərə görə” 1-ci dərəcəli medalları ilə təltif edilib. O, Silahlı Qüvvələr veteranıdır. 
Coşqun Məmmədovun iddiaları ilə bağlı “Yeni Klinika” ilə əlaqə saxlamaq cəhdləri baş tutmadı. 

“Yeni Klinika”nın rəhbəri qazidən Vüqar Qurbanovun maşının qapısını açmağı tələb edib? – Qalmaqal - FOTO - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO