AMEA ilə AFAD arasında Anlaşma Memorandumu imzalandı

AMEA ilə AFAD arasında Anlaşma Memorandumu imzalandı

Hazırda oxunan: AMEA ilə AFAD arasında Anlaşma Memorandumu imzalandı
154115
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sentyabrın 7-də Bakı Konqres Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

AMEA-dan Bizim.Media-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Türkiyənin elmi qurumları arasında qarşılıqlı elmi əlaqələrin inkişafından danışan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Akademiyanın AFAD-la zəlzələlərin tədqiqi sahəsində nəzərdə tutulan əsas elmi istiqamətlər üzrə əməkdaşlığının perspektivlərini diqqətə çatdırıb.

AMEA rəhbəri, həmçinin Şuşada türkiyəli həmkarları tərəfindən verilən seysmik stansiyanın quraşdırılması işlərinin davam etdiyini bildirib.

Öz növbəsində AFAD-ın rəhbəri Okay Memiş Türkiyə və Azərbaycan arasında seysmologiya sahəsində əlaqələrin hazırkı vəziyyəti ilə bağlı məlumat verib. Zəlzələlər haqda qarşılıqlı məlumat mübadiləsi və texniki vasitələrin tətbiqi məsələlərinə toxunub.

Görüşdə AFAD və AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında seysmoloji tədqiqatlar sahəsində birgə həyata keçirilən işlərdən bəhs olunub, imzalanan əməkdaşlıq müqaviləsinin hər iki təşkilatın bu sahədə əlaqələrinin daha da genişlənməsinə əsas verəcəyi vurğulanıb.

Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) arasında Zəlzələ Müşahidə Sistemləri üzrə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memorandumu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli və AFAD-ın rəhbəri Okay Memiş imzalayıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO