Balakəndə qasırğa: 80-nə yaxın evin dam örtüyü uçdu - FOTO

Balakəndə qasırğa: 80-nə yaxın evin dam örtüyü uçdu - FOTO

Hazırda oxunan: Balakəndə qasırğa: 80-nə yaxın evin dam örtüyü uçdu - FOTO

154068

Sentyabrın 7-də səhər saatlarında Balakən rayonu ərazisində baş vermiş güclü qasırğa ciddi fəsadlar törədib.

Rayon fövqəladə hallar komissiyasından Bizim.Media-ya bildirilib ki, qasırğa nəticəsində Balakən şəhəri Heydər Əliyev prospektindəki beşmərtəbəli çoxmənzilli yaşayış binasının dam örtüyü uçub, R.Səmədov küçəsində yol kənarındakı ağac “Azərpoçt” MMC-nin Balakən Poçt filialının inzibati binasının üzərinə yıxılıb.

Bundan əlavə, M.Əsədov küçəsində bir ədəd ağac yıxılaraq sahibkarlıq obyektinə və iki minik avtomobilinə ziyan vurub. Qasırğa nəticəsində Heydər Əliyev prospekti və F.Əmirov küçələrinin hər birində bir ədəd ağac yıxılaraq yolun hərəkətini məhdudlaşdırıb.
Katex kəndinin Kombinat adlanan ərazisinə dolu düşərək, 60-80 evin dam örtüyünə ziyan vurub, evlərə su dolub.

Təbii fəlakət nəticəsində xəsarət alan yoxdur. Dəymiş zərərin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.






Bizim.Media

 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO