Qaradağ rayonunda yeni istirahət parkı açıldı - FOTO

Qaradağ rayonunda yeni istirahət parkı açıldı - FOTO

Hazırda oxunan: Qaradağ rayonunda yeni istirahət parkı açıldı - FOTO

153888

Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki 180 nömrəli tam orta məktəbin yaxınlığında sahəsi təxmini 2 hektar olan ərazidə yeni park salınıb.

Rayon icra hakimiyyətindən Bizim.Media-ya verilən məlumata görə, əhalinin asudə vaxtlarının keçirilməsi məqsədilə salınmış istirahət parkının açılışı olub.

İstirahət parkında 4 söhbətgah, mini futbol stadionu, 13 ədəd taxta oturacaq, uşaqların oynaması üçün müxtəlif yelləncəklər və s. olan meydança quraşdırılıb, əraziyə asfalt örtüyü çəkilib, 25 zeytun ağacı, 150 ədəd oleandr kolu əkilib, 2600 ədəd dekorativ ağac və mövsümi gül-çiçək əkilib, 480 kvadratmetr sahəyə yaşıl ot örtüyü salınıb.








Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO