28 nəfəri xilas edib, özü dünyadan köçən Rahib Məmmədovun XATİRƏSİ ANILDI – FOTO 

28 nəfəri xilas edib, özü dünyadan köçən Rahib Məmmədovun XATİRƏSİ ANILDI – FOTO 

Hazırda oxunan: 28 nəfəri xilas edib, özü dünyadan köçən Rahib Məmmədovun XATİRƏSİ ANILDI – FOTO 

152628

Qəhrəman Rahib Məmmədovun doğum günü onun adını daşıyan muzeydə qeyd edilib.  
Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyində "Qəhrəmanlar unudulmur" adlı anım tədbirində, şəhid ailələri, üzvləri, veteranlar, mədəniyyət işçiləri və cəsur əsgər Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib. 

Tədbir şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər Rahib Məmmədovun Gürcüstan Respublikasının Xobi rayonu Çaladidi kəndində etdiyi qəhrəmanlıqdan danışılıb. Sonra R.Məmmədov haqqında çəkilmiş "Əbədiyyətə qovuşan ömür" adlı sənədli film nümayiş olunub. Tədbir iştirakçıları muzeyə təhvil verilmiş yeni müharibə əşyaları ilə tanış olub.  

Direktor Sahib Məmmədov Bizim.Media-nın yerli bürosuna bildirib ki, son dövrlər insanlar arasında muzeyə maraq artıb.

Hətta ölkənin müxtəlif bölgələrində yaşayan şəhid doğmaları muzeyə şəhidlərə aid əşyalar gətirməsi halları da çoxalır.  

Xatırladaq ki, Ağdam rayon Mahrızlı kəndində yerləşən R.Məmmədov adına Döyüş Şöhrəti Muzeyində R.Məmmədovla yanaşı Qarabağ müharibəsinin hər dövrünə aid əşyalar toplanaraq saxlanılır. Muzeyi ziyarət edənlərə buradakı əşyaların tarixi barədə məlumat verilir.  

Qeyd edək ki, Rahib Məmmədov 20 yaşında ikən, 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub.
Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilib. 





Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO