BİZİM TƏQVİM: 23 avqustda Çaldıran döyüşü baş verib

Hazırda oxunan: BİZİM TƏQVİM: 23 avqustda Çaldıran döyüşü baş verib

151916

23 avqust 1514-cü ildə Səfəvi dövlətinin başçısı Şah I İsmayılın qoşunları ilə Sultan I Səlimin başçılıq etdiyi Osmanlı ordusu arasında Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) döyüş baş verib. Dövrün iki qüdrətli türk dövlətinin üzə-üzə gəldiyi döyüşdə Səfəvi ordusu məğlub olub.

Osmanlı ordusu Xoy və Mərəndi, hətta Səfəvi dövlətinin paytaxtı Təbrizi tutub, lakin bir həftə sonra oranı tərk edib. Çaldıran döyüşündə qələbə sayəsində Osmanlı dövləti Ərzurum daxil olmaqla Şərqi Anadolunu və Şimali Mesopotamiyanı (indiki Şimali İraq) ələ keçirib. Məğlubiyyət Səfəvilərin hərbi-siyasi nüfuzuna ağır zərbə vurub.

Bəs, avqustun 23-də dünyada daha hansı hadisələr baş verib?

1.    1305-ci ilin 23 avqust tarixində “Cəsurürək” filminə də mövzu olan şotlandiyalı vətənsevər Sör Vilyım Vallas Londonda işgəncə verilərək öldürüldü.

2.    23 avqust 1921-ci ildə Azadlıq Müharibəsinin ən çətin hərblərindən biri olan Sakarya Meydan müharibəsi start götürdü.

3.    23 avqust 1923-cü il tarixində Türkiyə Böyük Millət Məclisi (TBMM) Lozanna müqaviləsini təsdiqlədi.

4.    1925-ci il avqustun 23-də Cümhurbaşqanı Mustafa Kamal Atatürk Kastamonuda Şapka və Qiyafət inqilabını başlatdı.

5.    23 avqust 1939-cu ildə Almaniya ilə Sovet İttifaqı  “Molotov-Ribbentrop paktı” imzaladı. Bu pakta görə hər iki dövlət bir-birinin üzərinə 10 il müddətinə hücum etməmək haqqında öhdəlik götürdülər. Lakin Almaniya tərəfi bu razılaşmanı pozaraq 1941-ci il iyunun 22-də SSRİ-yə hücum etdi.

6.    23 avqust 1942-ci ildə 2-ci Dünya müharibəsinin taleyini dəyişən Stalinqrad mühasirəsinə başlandı.

7.    23 avqust 1990-cı ildə Qərbi Almaniya ilə Şərqi Almaniya oktyabrın 3-də birləşəcəklərini elan etdilər.

8.    23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının mərkəzlərini və kəndlərinin böyük hissəsini işğal edib. Həmin ilin oktyabrında hər iki rayon bütünlüklə işğal altına düşdü.
1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzulinin Arazboyu kəndlərini  və Horadiz qəsəbəsini düşməndən azad etdi . 2016-cı ilin Aprel döyüşlərində qalibiyyət sayəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri doğma yurda qayıtdılar. 2020-ci ilin 44 günlük Vətən müharibəsində Cəbrayıl (4 oktyabr) və Füzuli (17 oktyabr) şəhərləri, hər iki rayonun bütün kəndləri işğaldan azad edildi.

9.    23 avqust 2000-ci ildə “Gulf Air”ə məxsus sərnişin təyyarəsi Bəhreyn yaxınlığında Bəsra körfəzinə düşdü; 143 nəfər həlak oldu.

10.     23 avqust 2005-ci ildə Peruda sərnişin təyyarəsi düşdü; 41 nəfər öldü.

11.     2008-ci ililin günündən etibarən xüsusi dövlət mühafizə xidməti işçiləri günü qeyd olunmaqla başlanıb. Bu peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 21 avqust tarixli Sərəncamı ilə təsis edilib.

23 avqustda bu şəxsiyyətlər xatırlanır.

1.    23 avqust 634-cü ildə Məhəmməd peyğəmbərin ilk xəlifəsi Hz. Əbu Bəkir 63 yaşında vəfat etdi.

2.    23 avqust 1851-ci ildə Çex yazıçısı Alois Yirasek (1851-1930) anadan olub. “Yan Qus” trilogiyası, “Yan Jijka” və s. tarixi romanların müəllifidir.

3.    23 avqust 1880-ci ildə  rus yazıçısı Aleksandr Qrin (1880-1932) anadan olub. Əsərləri: “Al yelkənlər”, “Dalğalar üzərində qaçan”, “Qızıl zəncir” və s.

4.    Azərbaycanın hərb tarixində böyük iz buraxmış general Cəmşid Naxçıvanski 23 avqust 1935-ci ildə dünyasını dəyişib(1895-1935).

5.    23 avqust 1922-ci ildə tarixçi alim, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Əlövsət Nəcəfqulu oğlu Quliyev (1922 – 6.11.1969) anadan olub. Tarix İnstitutunun direktoru işləyib.

6.    1943-cü ilin bu günündə görkəmli kinorejissor və aktyor, Xalq artisti Şahmar Ələkbərov anadan olub(1943-1992). Ş.Ələkbərov Azərbaycan kinosunda Qəzənfər ("Yeddi oğul istərəm"), İman ("Axırıncı aşırım"), Arif ("Həyat bizi sınayır"), Gündüz Kərimli ("Arxadan vurulan zərbə"), Cavidan ("Babək") və digər yaddaqalan obrazlar yaradıb.
7.    1993-cü ilin 23 avqustunda Azərbaycanın Milli Qəhrəmanları Etibar Əliyev, Paşa Təhməzov və Soltanağa Bayramov şəhidlik zirvəsinə yüksəliblər.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO